Argentinada fabrikdə partlayış baş verib, 5 nəfər ölüb


Dünya 21 Noy 2019 13:19:28 297 0

Argentinada fabrikdə partlayış baş verib, 5 nəfər ölüb

Argentinada fabrikdə partlayış baş verib, ölənlər var

Argentinanın şimal-qərbində, Jujuy əyalətinin San Pedro de Jujuy şəhəri yaxınlığında yerləşən “La Esperanza” şəkər fabrikində ötən gün baş verən partlayış və yanğın nəticəsində 5 nəfər ölüb, 10-dək insanxəsarət alıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, əyalətin iqtisadi inkişaf və istehsalat naziri Xuan Karlos Abud Robles alkohol çənində baş verən partlayışdan sonra başlayan yanğının şəkər qamışından alınan və tez alışan baqas (jmıx) olduğu bölmələrə yayıldığını açıqlayıb.

Şahidlərin sözlərinə görə, alovun hündürlüyü 10 metrə çatıb, daha bir neçə partlayış səsi eşidilib. Ətrafdakı sakinlər təxliyyə olunublar.

Hadisə yerinə 8 yanğın bölməsinin cəlb edilib, alovun nəzarətə götürülüb.

Hazırda araşdırma aparılır.