"Psixoloji xidmətin təşkili haqqında" qanun layihəsi Nazirlər Kabinetinə təqdim edilib


Digərləri 21 Noy 2019 12:54:37 280 0

"Psixoloji xidmətin təşkili haqqında" qanun layihəsi Nazirlər Kabinetinə təqdim edilib

Təhsil Nazirliyi "Psixoloji xidmətin təşkili haqqında" qanun layihəsini hazırlayıb Nazirlər Kabinetinə təqdim edib.

Bakı. İlhamə İsabalayeva - Təhsil Nazirliyi "Psixoloji xidmətin təşkili haqqında" qanun layihəsini hazırlayıb Nazirlər Kabinetinə təqdim edib. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu layihədə psixoloqların sayının şagirdlərin sayına uyğunlaşdırılması nəzərdə tutulur. (adsgarden = window.adsgarden || []).push({}); F.Həmzəyev əlavə edib ki, məktəblərdə ixtisaslı psixoloqlara ehtiyac var: "Zorakılığın qarşısının alınması fəaliyyətinin təşkilində daha çox məktəb psixoloqları ilə işləməyə üstünlük veririk. Çünki məktəb psixoloqlarının bütün şagirdlərlə işləmək funksiyası var. Lakin bu məsələdə müəyyən problemlərimiz var. Hazırda məktəblərimizin müəyyən hissəsində psixoloq fəaliyyət göstərir, yəni 2500 psixoloq işləyir. Qalan məktəblərdə isə psixoloq ştatları vakantdır. Psixoloqların müəyyən hissəsi ali təhsilli deyil, onlar yenidən hazırlanma təhsili alıblar. Bizim digər çətinliyimiz ondan ibarətdir ki, 150 şagirdi olan məktəbdə də, 2000 şagirdi olan məktəbdə də bir psixoloq işləyir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin