YUNİSEF rəsmisi: "Qadınlara qarşı zorakılığın olması Azərbaycan üçün hər il 3,3 milyard manat itki deməkdir"


Digərləri 21 Noy 2019 12:44:00 385 0

YUNİSEF rəsmisi: "Qadınlara qarşı zorakılığın olması Azərbaycan üçün hər il 3,3 milyard manat itki deməkdir"

BMT-nin hesablamalarına görə, qadınlara qarşı zorakılığın baş verməsi Azərbaycan üçün hər il iqtisadi baxımdan 3,3 milyard manat itkinin olması deməkdir və bu, qaytarılmayan itkilərdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu YUNISEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın 1992-ci ildən uşaq hüquqlarının qorunması sahəsində əldə etdiyi nailiyyətlər ölkənin gənc vətəndaşlarla bağlı üzərinə götürdüyü öhdəliyin bir təzahürüdür: "Amma təəssüflər olsun ki, qadınlara və uşaqlara qarşı zorakılığın davam etməsi hələ də uşaq hüquqlarının qorunması üçün bir təhlükədir. Çox zaman da bu zorakılıq gözlə görünmür. Evlərdə, məktəblərdə, qapalı məkanlarda uşaqlara qarşı zorakılıq baş verir. Təəssüf ki, elə Azərbaycanda da uşaqlar zorakılıqdan əziyyət çəkirlər və belə hallar var".