Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi:


Digərləri 21 Noy 2019 12:25:00 277 0

Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi:

Baş Dövlət Yol Polisi İdarəsi (DYPİ) ölkənin qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Son.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəszliyinin təmini və ictimai qurumlarla əlaqə söbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Trend-ə açıqlamasında bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gündən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir:

"Yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülərə müraciət edərək bildiririk ki, avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini hava şəraitinə uyğun seçsinlər, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər. Yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar. Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalı olduğunu nəzərə alaraq, belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri xahiş olunur.