Komitə sədri: "Son vaxtlar məktəblərdə zəif uşaqları ələ salan "Bullinq" kimi hadisələr baş verir"


Digərləri 21 Noy 2019 12:30:00 291 0

Komitə sədri: "Son vaxtlar məktəblərdə zəif uşaqları ələ salan "Bullinq" kimi hadisələr baş verir"

Son vaxtlar məktəblərdə fiziki baxımdan zəif olan uşaqları ələ salan, onlarA hədə-qorxu gələn "Bullinq" kimi hadisələr baş verir. Belə münasibət olduqda uşaqlarda məktəb qorxusu əmələ gəlir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, "Bullinq" bir və ya bir qrup uşağın başqa bir uşağa qarşı bilərəkdən nümayiş etdirdiyi qərəzli və aqressiv davranış formasıdır.

A.Naxçıvanlı əlavə edib ki, zorakılığa məruz qalan uşağı qorumaq mümkün deyil: "Nə qədər maarifləndirici tədbirlər görülsə də, hər il uşaqlara qarşı fiziki, psixoloji və cinsi zorakılıq faktları qeydə alınır. Faktlar göstərir ki, uşaqların fiziki və emosional zorakılığa məruz qalmaları məhz ailədə olur. Məhz ailədə uşaqların hüquqları pozulur. Bir sıra ailələrdə cismani cəza üsulu seçilir, yəni uşaqlar döyülür. Yaxud uşaqların gücü və yaşı çatmayan işləri görməyə məcbur edilir. Məhz ailələrdə uşaqlara etinadsızlıq göstərilir. Ailədə qız uşaqlarının erkən yaşda təhsildən ayrılıb ailə qurmağa məcbur edilmə faktları da var. Hesab edirəm ki, uşaqların müdafiəsi hamı üçün ön planda olmalıdır".