"Toyda bir süfrədə otururlar, amma eyni verilişə gəlmirlər" FOTO


Şou-biznes 21 Noy 2019 12:12:00 295 0

"Toyda bir süfrədə otururlar, amma eyni verilişə gəlmirlər"  FOTO

Bu gün Təranə xanım, Musa bəy bəllidir ki, 5-10 nəfər adam var ki, onlarla danışmırlar. Məsəl üçün, biri xalq artisti Könül xanım Kərimovadır.

Son.az xəbər verir ki, bu açıqlamanı "Hər şey daxil"də aparıcı Tarix Əliyev (Tolik) verib.

Ardınca küsülü həmkarlarla bağlı maraqlı bir faktı da diqqətə çatdırıb:

"Zaur efirində barışdırmaq istədi, alınmadı, amma mən bilirəm ki, Şəmkirdə toyda müğənnilər üçün stol açılıb. Orada Könül Kərimova, Musa Musayev, Cabbar Musayev, Təranə Qumral eyni süfrədə oturublar. Onlar toy sahinibə deməyiblər ki, "Biz ayrı masada oturaq, onlar burada". Burada bir masada otururlar, amma eyni verilişə gəlmirlər".