Nazirlik “Gilan”ı məhkəməyə verdi “Jalə”nin bağlanması tələb edilir


Digərləri 21 Noy 2019 12:16:00 323 0

Nazirlik “Gilan”ı məhkəməyə verdi  “Jalə”nin bağlanması tələb edilir

Ekologiya və Təbii Sərvətlər Nazirlliyi "Gilan Holding" Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşən "Jalə" istirahət mərkəzi ilə bağlı iddia qaldırıb.

Sumqayıt İnzibati-Qitisadi Məhkəməsinə müraciət edən ETSN tələb edib ki, holdinqə məxsus "Jalə" istirahət mərkəzi fəaliyyətini dayandırsın.

İşə hakim Vəfa Əzizovanın sədrliyi ilə baxılıb və dünən qərar elan olunub. Qərarda qeyd olunub ki, iddia ərizəsi noyabrın 13-də daxil olub.