Şamaxıya qar yağdı FOTO


Digərləri 21 Noy 2019 11:58:00 261 0

Şamaxıya qar yağdı  FOTO

Şamaxıya qar yağıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, iki gündür davam edən şaxtalı hava bu gün yerini qarla əvəzləyib.

Axşam saatlarından başlayaraq sulu qar, ardınca qar yağıb. 

Qar, əsasən, rayonun dağlıq ərazilərinə - Pirqulu, Qizmeydan, Dəmirçi və Pirbəhli kəndlərində müşahidə edilib. Avtomobil yollarında hər hansı bir çətinlik yaranmayıb.