AYİB “Şərq tərəfdaşlığı”nın ilk investisiya sammitini keçirəcək


Digərləri 21 Noy 2019 11:59:00 227 0

AYİB “Şərq tərəfdaşlığı”nın ilk investisiya sammitini keçirəcək

Avropa İttifaqı “Şərq tərəfdaşlığı”nın üzv ölkələrinin ilk investisiya sammiti noyabrın 22-də Avropa Yeindənqurma və İnkişaf Bankının (AYİB) Londondakı mənzil-qərargahında keçiriləcək

Bakı. Ləman Zeynalova - Avropa İttifaqı “Şərq tərəfdaşlığı”nın üzv ölkələrinin ilk investisiya sammiti noyabrın 22-də Avropa Yeindənqurma və İnkişaf Bankının (AYİB) Londondakı mənzil-qərargahında keçiriləcək. Trend bu barədə AYİB-ə istinadən məlumat verir. Məlumatda qeyd olunur ki, AYİB “Şərq tərəfdaşlığı”nın mövcud olduğu 10 il ərzində üzv ölkələrin hər biri ilə (Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Ukrayna və Ermənistan) sıx əlaqələr qurub. Birgünlük sammit çərçivəsində dövlət və hökumət başçıları, Avropa İttifaqı və AYİB-in nümayəndələri, beynəlxalq investorlar və sahibkarlar altı ölkədə yeni biznes imkanlarını müzakirə edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin