Şəhid adından istifadə etməklə dələduzluq edən şəxs barəsində araşdırmalara başlanıldı


Digərləri 21 Noy 2019 11:35:00 365 0

Şəhid adından istifadə etməklə dələduzluq edən şəxs barəsində araşdırmalara başlanıldı

Şəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməlləri ilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb. 

Son.az xəbər verir ki, bu barədə oxu.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

"Onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir", - deyə idarədən qeyd edilib.