Məhkəmə həbs edilən direktora elektron qolbaq taxılması barədə qərar çıxardı


Digərləri 21 Noy 2019 11:17:00 343 0

Məhkəmə həbs edilən direktora elektron qolbaq taxılması barədə qərar çıxardı

Səbail Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Şamxal Qurbanov, Bəxtiyar Umudov, Elşad Manafov, Elgün Salahov və Rüstəm Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə Ş.Qurbanov 3 ay 28 gün, E.Salahov 1 il 9 ay 28 gün, E.Manafov 2 il 6 ay, B.Umudov 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. 

R.Qurbanova isə 3000 manat cərimə cəza verilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, məhkumlar isə apellyasiya şikayəti veriblər. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır. 

Bu il aprelin 28-nə keçən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun hər iki istiqamətində quraşdırılmış yol nişanlarının oğurlanması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub.