İranda havadan müdafiə hərbi təlimləri keçiriləcək


Digərləri 21 Noy 2019 11:17:48 248 0

İranda havadan müdafiə hərbi təlimləri keçiriləcək

İranda “Vilayət Səması Müdafiəçiləri” havadan müdafiə hərbi təlimləri keçiriləcək.

Bakı. Elnur Bağışov - İranda “Vilayət Səması Müdafiəçiləri” havadan müdafiə hərbi təlimləri keçiriləcək. Trend-in məlumatına görə, bunu İran ordusu elan edib. Məlumata görə, hərbi təlimlər İranın şimalında yerləşən Simnan vilayətində 416 min kvadrat-kilometr ərazidə keçiriləcək. Hərbi təlimlərdə məqsəd silahlı qüvvələrin həqiqi döyüşə yaxın şəraitdə havadan müdafiə üzrə döyüş hazırlığı və gücünün artırılmasıdır. (adsgarden = window.adsgarden || []).push({}); İran ordusu bildirir ki, hərbi təlimlərdə müxtəlif yerli raket sistemləri, hava təhdidləri ilə qarşılaşmaq üçün müxtəlif radarlardan istifadə olunacaq. Məlumatda təlimlərin hansı tarixdə keçiriləcəyi elan edilməyib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin