Mingeçevirdə polisin bıçaqlanması ilə bağlı cinayət işi başlandı


Digərləri 21 Noy 2019 11:08:00 297 0

Mingeçevirdə polisin bıçaqlanması ilə bağlı cinayət işi başlandı

Mingəçevirdə polisin bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.

Son.az APA-ya istinadən, hadisə ötən gün şəhərin Samux küçəsindəki Mingəçevir Turizm Kollecinin qarşısında qeydə alınıb.

Şəhər sakini, 1997-ci il təvəllüdlü İsmayılov Elyar İsmayıl oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə kollecin qarşısına gələrək orada mühafizəçi işləyən tanışı Ağayev Kənan İlham oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində E.İsmayılov üzərində gəzdirdiyi bıçaqla K.Ağayevə bir neçə bıçaq zərbəsi endirib. 

Araşdırmalar zamanı məlum olub ki, E İsmayılov son vaxtlar narkotik vasitələr və cinayətkar aləmə meyilli olduğundan K.Ağayev onu bu yoldan çəkindirməyə çalışıb. Buna əsəbləşən E. İsmayılov K.Ağayevi bıçaqlayıb.