Suraxanıda 2 otaqlı ev yanıb


Digərləri 21 Noy 2019 10:54:01 335 0

Suraxanıda 2 otaqlı ev yanıb

Bakıda 2 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və əşyalar 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.