Gürcüstanda hökumət binasının təhlükəsizliyi gücləndirilib


Dünya 21 Noy 2019 10:20:36 265 0

Gürcüstanda hökumət binasının təhlükəsizliyi gücləndirilib

Gürcüstanın hökumət administrasiyasının binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Gürcüstanın hökumət administrasiyasının binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb müxalifət partiyaları nümayəndələri və ictimai fəalların bu gün saat 11:00-a hökumət binası qarşısında təyin etdikləri etiraz aksiyasıdır.

Aksiyada seçki sisteminin dəyişdirilməsi tələb olunacaq.

Əraziyə çox sayda polis əməkdaşları cəlb olunub.

Hazırda Nazirlər Kabinetinin binasında hökumətin iclası keçirilir.