Gürcüstan baş nazirinə ilk dəfə olaraq mətbuat katibi təyin edilib


Sosial 21 Noy 2019 10:30:15 346 0

Gürcüstan baş nazirinə ilk dəfə olaraq mətbuat katibi təyin edilib

Gürcüstanın baş naziri Giorgi Qaxaria özünə mətbuat katibi təyin edib.

Gürcüstanın baş naziri Giorgi Qaxaria özünə mətbuat katibi təyin edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə G.Qaxaria hökumət iclasında bildirib.

Mətbuat katibi vəzifəsinə baş nazirin beynəlxalq məsələlər üzrə müşaviri İrakli Çikovani təyin olunub.

G.Qaxarianın sözlərinə görə, mətbuat katibi vəzifəsi hökumət administrasiyasında yeni vəzifədir: “Bu vəzifə administrasiya, vətəndaşlar və KİV arasında əlaqələrin daha effektiv olmasına kömək edəcək”.