Tələbələri dəstəkləyək!


Digərləri 21 Noy 2019 10:35:00 278 0

Tələbələri dəstəkləyək!

Dəyərləri sırasında korporativ-sosial məsuliyyətə xüsusi diqqət ayıran Expressbank artıq uzun müddətdir ki, “Uğurlu gələcəyə dəstək” layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirdir.

Bakı. Dəyərləri sırasında korporativ-sosial məsuliyyətə xüsusi diqqət ayıran Expressbank artıq uzun müddətdir ki, “Uğurlu gələcəyə dəstək” layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirdir. Bu dəfə 19 noyabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin maarifləndirilməsi və motivasiyası üçün növbəti görüş keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini, gənclərin fəallığını inkişaf edən kitabların müəllifi Nadir Adilman ilə Azərbaycan Dövlət İqtisad universiteti tələbələrinin görüşü baş tutdu. İşgüzar inkişaf yazarı gəncləri maraqlandıran aktual mövzulara toxunaraq, tələbələrin müxtəlif suallarını cavablandırdı. Görüş zamanı 100-dən artıq tələbəyə yazıçının imzası ilə kitab və Expresso debet kartının pulsuz əldə olunması üçün kupon hədiyyə olunub, nağdsız ödənişlərin üstünlükləri barədə məlumat təqdim edildi. Həmçinin, tədbirdə Bankın Təlim və Tədris şöbəsinin koordinatoru Orxan Məmmədli gənclərin inkişafı və gələcək iş fəaliyyətlərində uğur qazanmağın yolları mövzusunda hazırladığı təqdimatla çıxış edibdir. Tədbirin maraqlı məqamları ilə növbəti linkdən tanış ola bilərsiniz: