Neft yenidən ucuzlaşıb


Digərləri 21 Noy 2019 09:42:00 287 0

Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin yanvar müqaviləsinin dəyəri 0,29% azalaraq 1 barelə görə 62,22 dollar təşkil edib.

Son.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,25% azalaraq 56,87 dollar təşkil edib.