Kürdəmirdə ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb


Sosial 21 Noy 2019 09:21:29 418 0

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, hadisə noyabrın 20-də rayonun Qarasaqqal kəndi ərazisində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini, 1990-cl il təvəllüdlü Vasif Abbasovun idarə etdiyi “VAZ-21723” markalı avtomobillə Sabirabad rayon sakini Yaşar Vəliyevin idarə etdiyi “Shacman” markalı yük maşını toqquşub. Nəticədə V.Abbasov hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.