Rusiyanın beynəlxalq ehtiyatları 72 milyard dollar artıb


İqtisadiyyat 21 Noy 2019 09:25:43 324 0

Rusiyanın beynəlxalq ehtiyatları 72 milyard dollar artıb

Rusiya Mərkəzi Bankı keçən ilə nisbətən beynəlxalq ehtiyyatlarda dolların payını azaldıb

Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina Dövlət Dumasındakı çıxışında bu il beynəlxalq ehtiyatların 72 milyard dollar artdığını qeyd edib.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

O, RusiyaMərkəzi Bankınkeçən ilə nisbətən beynəlxalq ehtiyyatlarda dolların payını azaltdığını qeyd edib.

Xatırladaq ki, 2018-ci ildə RusiyaMərkəzi Bankı2017-ci ilə nisbətən beynəlxalq ehtiyatlarda dolların payını 23,1 faizbəndi azaldaraq 22,7% çatdırıb.

Rusiya Maliyyə nazirinin müavini Vladimir Kolıçev, 2020-ci ildə Milli Rifah Fondunda dolların payının geosiyasi risklər səbəbindən azaldacağlarını açıqlamışdı.