Masallının əsas magistral yolunun kənarı yaşıllaşdırılacaq


Digərləri 21 Noy 2019 09:19:00 337 0

Masallının əsas magistral yolunun kənarı yaşıllaşdırılacaq

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Ələt-Astara magistralının Masallı rayonundan keçən hissəsində yolun hər iki tərəfində yaşıllıq zolağı salınacaq.

Son.az bildirir ki, bunu Trend-ə Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Adəm Məhərrəmov deyib.

Onun sözlərinə görə, təşəbbüs çərçivəsində Masallı rayonunda 5000 ağac əkiləcək. Əkin sahəsi 5 min hektar ərazini əhatə edəcək.

A.Məhərrəmov ərazidə ağcaqayın ağacının əkilməsinə üstünlük veriləcəyini söyləyib: "Artıq ağacların əkiləcəyi ərazilərdə hamarlama işləri aparılıb, çalalar qazılıb. Biz artıq əkinə tam hazırıq".