“TikTok” sosial şəbəkəsi “WhatsApp”la eyni populyarlığa malikdir


Digərləri 21 Noy 2019 08:41:00 386 0

“TikTok” sosial şəbəkəsi “WhatsApp”la eyni populyarlığa malikdir

"Sensor Tower" analitik firmasının araşdırmasına görə, "App Store" və "Google Play" mobil tətbiqlər mağazasında "TikTok" sosial şəbəkəsinin yüklənmə göstəricisi 1,5 milyardı ötüb. Yalnız 2019-cu ildə sözügedən mobil proqram 614 milyon dəfə yüklənilib.

Son.az ictnews.az-a istinadən bildirir ki, indi Çinin bu xidməti dünyada üçüncü ən çox yüklənilən mobil proqram hesab edilir. 2019-cu ildə yüklənmə göstəricisinə görə "TikTok" mobil tətbiqindən öndə yalnız "WhatsApp" (707,4 milyon) və "Facebook Messenger" (636,2 milyon quraşdırma yerləşib. "Facebook"un əsas kliyenti (587 milyon quraşdırma) və "Instagram" (376,2 milyon quraşdırma) sonrakı yerlərdə qərarlaşıb.

"TikTok" sosial şəbəkəsinin əsas auditoriyası Hindistan (31%), Çin (11%) və ABŞ (8,2%) istifadəçiləridir. Sosial şəbəkə artıq 175 milyon dollar gəlir qazanıb.