Tiflisdə 10 nümayişçi həbs edilib


Dünya 21 Noy 2019 08:43:00 326 0

Tiflisdə 10 nümayişçi həbs edilib

Tiflis Şəhər Məhkəməsi noyabrın 18-də keçirilən aksiya iştirakçılarının 11 nəfərini hüquq-mühafizə orqanlarının işçilərinə itaətsizlik və xuliqanlıqda günahkar bilib.

Son.az Trend-ə istinadən bildirir ki, həbs olunanlardan 10 nəfəri 5-13 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib, 1 nəfər isə min lari cəza ödəməli olacaq.

Digər 25 məhbusun işlərinə baxılması noyabrın 21-nə təxirə salınıb.