"Boko Haram"ın bir neçə lideri məhv edildi


Dünya 21 Noy 2019 09:10:00 328 0

"Boko Haram"ın bir neçə lideri məhv edildi

Nigeriya Hərbi Hava Qüvvələri (NAF) noyabrın 20-də ölkənin şimal-şərqindəki Borno əyalətində terror qruplaşması "Boko Haram"ın yığıncaq yerlərindən birinin məhv etdiyini bəyan edib.

Son.az Trend-ə istinadən bildirir ki, əməliyyat zamanı "Boko Haram"ın bir neçə liderinin öldürülməsi də xəbər verilir.

"NAF"ın rəsmisi İbikunle Daramola silahlıların qaçmaq istəyərkən öldürüldüyünü və hava zərbələri nəticəsindədə qəsəbənin bir hissəsinin məhv edildiyini bildirib. İ.Daramola yerüstü qüvvələrlə əməkdaşlıq edərək, "Boko Haram" terrorçularının qalıqlarını məhv etməyə davam edəcəklərini deyib.