Odessa Dəniz Mühəndislik Bürosu Azərbaycanda yeni gəmilər layihələndirir


Digərləri 21 Noy 2019 09:00:00 338 0

Odessa Dəniz Mühəndislik Bürosu Azərbaycanda yeni gəmilər layihələndirir

Odessa Dəniz Mühəndislik Bürosu “Bakı Gəmiqayırma Zavodu” MMC-nin tərsanəsində tikilən yeni gəmilərin birgə layihələndirilməsi ilə məşğul olur

Bakı. Anastasiya Savçenko - Odessa Dəniz Mühəndislik Bürosu “Bakı Gəmiqayırma Zavodu” MMC-nin tərsanəsində tikilən yeni gəmilərin birgə layihələndirilməsi ilə məşğul olur. Bunu Trend-ə büronun baş direktoru Gennadi Yeqorov deyib. O bildirib ki, “Bakı Gəmiqayırma Zavodu” MMC altı gəmi tikir: “Hazırda RST12C layihəli 7875 ton tutumlu 4 tanker və CNF18C layihəli 2 dəmiryol-avtomobil-sərnişin bərəsi tikilir”. Baş direktor vurğulayıb ki, RST12C layihəli “Laçın” flaqman gəmisinin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur: