Bakıda 2 avtomobil toqquşub, sürücülər xəsarət alıb FOTO


Digərləri 21 Noy 2019 08:53:00 354 0

Bakıda 2 avtomobil toqquşub, sürücülər xəsarət alıb  FOTO

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, qəza Rüstəm Rüstəmov küçəsində qeydə alınıb.

23 yaşlı Babayev İbrahim İmran oğlu idarə etdiyi "Lada" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil qarşıdan gələn və 1985-ci il təvəllüdlü Rzayev Elman Gülmirzə oğlunun idarə etdiyi "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpılıb. Avtoqəza zamanı hər iki avtomobilin sürücüləri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İ.Babayevə hər iki ayağın sınığı diaqnozu qoyulub.

Əraziyə Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.