Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub, xəsarət alanlar var


Sosial 21 Noy 2019 08:47:03 315 0

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub, xəsarət alanlar var

​Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub, xəsarət alanlar var

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Sahil qəsəbəsi, "20-ci Sahə" adlanan ərazidə marşrut avtobusu mikroavtobusla toqquşub. İlkın məlumata görə, hadisə zamanı 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.