Tramp "Apple"ə güzəşt edə bilər


Dünya 21 Noy 2019 08:23:00 302 0

Tramp "Apple"ə güzəşt edə bilər

ABŞ prezidenti Donald Tramp "Apple"ın Çindən ona gələn malların gömrük rüsumlarından azad edilməsinin mümkünlüyünü nəzərdən keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkə başçısı "Apple" şirkətinin baş direktoru Tim Kuk ilə birgə Texas ştatının paytaxtı Ostində şirkətə məxsus kompüter yığma müəssisəsini ziyarət etdikdən sonra jurnalistlərə deyib.

D.Tramp əlavə edib: "Biz "Apple" şirkətinə "Samsung"la eyni münasibət bəsləməliyik".