Gələn il “5G” dəstəkli “Xiaomi” smartfonları buraxılacaq


Digərləri 21 Noy 2019 08:31:00 304 0

Gələn il “5G” dəstəkli “Xiaomi” smartfonları buraxılacaq

"Xiaomi" şirkətinin baş direktoru Ley Tszyun illik "China Mobile Global Partner" konfransı çərçivəsində 2020-ci ildə qiyməti 285 dollardan baha bütün yeni smartfonların beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən modemlərlə təchiz ediləcəyini bildirib.

Son.az ictnews.az-a istinadən bildirir ki, onun sözlərinə görə, növbəti ildə "5G" dəstəkli 10 mobil qurğu modelinin, o cümlədən "Redmi Note 9 Pro" smartfonunun istehsalı planlaşdırılır.

Bildirilir ki, hazırda "5G" modeminə iki "Xiaomi" smartfonu və "Mi Mix Alpha" prototipi malikdir.