Çində xilasedicilər 11 fəhləni mədəndən çıxardıblar


Digərləri 21 Noy 2019 08:31:19 306 0

Çində xilasedicilər 11 fəhləni mədəndən çıxardıblar

Çinin şərqindəki Şandun əyalətinin ərazisində xilasedicilər qəza nəticəsində kömür mədənində qalan 11 fəhləni təcili əməliyyat tədbirləri görərək çöküntülər altından çıxardıblar

Bakı. Çinin şərqindəki Şandun əyalətinin ərazisində xilasedicilər qəza nəticəsində kömür mədənində qalan 11 fəhləni təcili əməliyyat tədbirləri görərək çöküntülər altından çıxardıblar. Trend-in məlumatına görə, xilas edilmiş mədən işçilərinə bütün lazımi köməklik göstərilib. Qəzanın səbəbləri dəqiqləşdirilir, araşdırma aparılır. Hadisə noyabrın 20-də yerli vaxtla 05:50-də baş verib. Vilayət rəhbərliyi tez bir zamanda təcili yardım qrupu yaradıb, 140-dan çox xilasedicini səfərbər edib. Tıxacı aradan qaldırmaq və mədəndə bloka düşənləri tapmaq üçün bir sutka vaxt tələb olunub. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin