“Android” istifadəçilərinə simsiz qulaqlıqların təhlükəsi haqqında xəbərdarlıq edilib


Digərləri 21 Noy 2019 07:51:00 269 0

“Android” istifadəçilərinə simsiz qulaqlıqların təhlükəsi haqqında xəbərdarlıq edilib

ABŞ-ın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bildiriblər ki, hakerlər simsiz aksesuarlar vasitəsilə bəzi "Android" smartfonlarına müdaxilə etməyə müvəffəq olublar.

Son.az ictnews.az-a istinadən bildirir ki, ekspertlərin araşdırmasına görə, "Bluetooth" standartını dəstəkləyən qurğular cinayətkarlara smartfona müdaxilə etməyə, fərdi məlumatları oğurlamağa, hətta zəngləri ələ keçirməyə imkan verir.

Hakerlər cihazlara müdaxilə üçün AT-interfeysdən istifadə edirlər. Smartfona göndərilən xüsusi əmrlər nəticəsində təhlükəli bağlantı yaradılır.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Aleksey Qrişin izah edib ki, cinayətkarlar Bluetooth-qurğunun smartfona qoşulması vaxtı yaranan boşluqdan istifadə edirlər.