LasVeqas altında sürücüsüz avtomobillər üçün sürətli tunelin inşasına başlanılıb


Digərləri 21 Noy 2019 07:31:00 295 0

LasVeqas altında sürücüsüz avtomobillər üçün sürətli tunelin inşasına başlanılıb

ABŞ sahibkarı İlon Maska məxsus "The Boring Company" şirkəti Las-Veqas altında 1,6 km uzunluğunda sürətli avtomobil tunelinin tikintisi üzrə qazma işlərinə başlayıb. Bu barədə "NBC" televiziya şirkətinin məlumatında deyilir.

Son.az ictnews.az-a istinadən bildirir ki, "Loop" adlı yeraltı magistral "Las Vegas Convention Center" konfrans mərkəzinin bir neçə korpusunu birləşdirəcək. Sərnişinlərin daşınmasını on iki metr dərinlikdə iki birtərəfli tunel vasitəsilə 16 nəfər tutumlu sürücüsüz nəqliyyat vasitələri həyata keçirəcək. Digər tunellə isə piyadalar hərəkət edəcək.

Las-Veqas konfrans və Turizm İşləri İdarəsinin rəhbəri Stiv Hillin sözlərinə görə, fantastik görünən ideya 1 il ərzində reallaşmağa başlayıb. Gələcəkdə tunellər sisteminin genişləndiriləcəyi gözlənilir.