Siçovullar estoniyalıları dövlət elektron xidmətlərindən məhrum ediblər


Digərləri 21 Noy 2019 07:45:00 263 0

Siçovullar estoniyalıları dövlət elektron xidmətlərindən məhrum ediblər

Estoniyanın əhalisi saat 16:30-dan (yerli vaxtla) kabel zədələnməsi səbəbindən dövlət tərəfindən İnternet vasitəsilə göstərilən xidmətlərdən məhrum qalıb.

Son.az Trend-ə istinadən bildirir ki, xüsusilə, "eesti.ee" dövlət portalı ölkə daxilində fəaliyyətini dayandırıb və Dövlət İnformasiya Sistemi İdarəsi (RİA) tərəfindən göstərilən xidmətlər dayandırılıb.

Problemlərin səbəbi, Tallinin yaxınlığındakı Haryuma qəzasında fiberoptik kabeli gömürən siçovullar olub.