Abşeronda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb


Sosial 21 Noy 2019 05:10:26 306 0

Abşeronda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb

​Abşeronda gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb

© Foto: "Report"

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Məhəmmədli kəndində qeydə alınıb.

Belə ki, Kazımov Firuz Namiq oğlu yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ ayağının əzilmiş yarası diaqnozu qoyulub.