Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib


Sosial 21 Noy 2019 04:32:44 316 0

Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

​Sabunçu rayonunda avtomobil piyadanı vuraraq xəsarət yetirib

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Maştağa qəsəbəsi sakini Allahverdiyev Nicat Ələsgər oğlu yolu keçərkən onu maşın vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əzilmiş və sağ əlinin sıyrılmış yarası diaqnozu qoyulub.