Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var


Sosial 21 Noy 2019 04:27:02 286 0

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, hadisə 8-ci km ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1985-ci il təvəllüdlü Rzayev Elman Gülmirzə oğlu və 1996-cı il təvəllüdlü Babayev İbrahim İmran oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

E.Rzayevə sağ baldır oynağının əziyi, İ.Babayevə isə sol bud sümüyünün qapalı sınığı diaqnozu qoyulub.