Kanadanın yeni hökumətində 18 kişi və 18 qadın yer alıb


Dünya 21 Noy 2019 02:39:34 397 0

Kanadanın yeni hökumətində 18 kişi və 18 qadın yer alıb

​Kanadanın yeni hökumətində 18 kişi və 18 qadın yer alıb

Kanadanın Castin Tryudonun rəhbərliyi ilə formalaşan yeni liberal hökumətinin tərkibində 18 kişi, 18 qadın daxil olmaqla, 36 nazir yer alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, onlar çərşənbə günü Kanadanın başçısı, Böyük Britaniyanın kraliçası II Yelizavetaya sədaqət andı içiblər.

Tryudo yeni nazirlər kabinetində özünün əvvəlki hökumətindən 11 naziri saxlayıb. Bunlar: milli müdafiə naziri Harjit Sinqh Sajan, ədliyyə naziri (baş prokurorla birlikdə) Devid Lametti, maliyyə naziri Uilyam Mornon, nəqliyyat naziri Mark Qarnon və digərləridir.

Qeyd edilir ki, daha yeddi nəfər ilk dəfə Nazirlər Kabinetinə daxil olub. Onların arasında Kanadanın varislik və multikulturalizm məsələləri üzrə nazir portfelini almış Stiven Qilbo və Dövlət Xidmətləri, Satınalınmalar Nazirliyinə başçılıq etmiş Anita Avand da var. Bu iki siyasətçi həmçinin ilk dəfə parlamentə seçilib. Digər məmurlar hökumətdə qalıblar, amma başqa vəzifələrə, həmçinin baş nazirin məsləhətçiləri postuna keçiblər.

Castin Tryudo dörd il əvvəlki kimi indi dəöz kabinetini gender bərabərliyini nəzərə alaraq formalaşdırıb. Belə ki, onun hökumətinin yarısını qadınlar təşkil edirlər.