NATO kosmosda operativ əməliyyatlara başlamaq qərarına gəlib


Digərləri 21 Noy 2019 01:36:00 382 0

NATO kosmosda operativ əməliyyatlara başlamaq qərarına gəlib

Şimali Atlantika ittifaqı kosmosda silahları çıxarmadan operativ əməliyyat fəaliyyətinə başlamaq qərarını verib

Bakı. Şimali Atlantika alyansı kosmosda silahları çıxarmadan operativ əməliyyat fəaliyyətinə başlamaq qərarını verib. Trend-in məlumatına görə, bunu alyansın Baş Katibi Yens Stoltenberq noyabrın 20-də NATO üzvləri - XİN-ri başçılarının görüşündən sonra Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib. Yens Stoltenberq deyib: "Bu gün daha bir vacib qərar verdik. Razılaşdıq ki, kosmos əməliyyatlar üçün yeni bir sahəyə çevrilsin. Ancaq kosmosa silah yerləşdirmək fikrində deyilik, NATO müdafiə təşkilatıdır". (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin