Avstriya polisi ölkənin keçmiş vitse-kansleri Ştraxeyə qarşı videokompromat hazırlayan şəxsləri saxlayıb


Digərləri 21 Noy 2019 00:51:42 307 0

Avstriya polisi ölkənin keçmiş vitse-kansleri Ştraxeyə qarşı videokompromat hazırlayan şəxsləri saxlayıb

Avstriya hüquq-mühafizə orqanları, keçmiş vitse-kansler Haynts-Kristian Ştraxeyə qarşı "İbiza Qapısı" adı ilə tanınan videokompromatını hazırlamaqda şübhəli bilinən üç nəfəri saxlayıb

Bakı. Avstriya hüquq-mühafizə orqanları, keçmiş vitse-kansler Haynts-Kristian Ştraxeyə qarşı "İbiza Qapısı" adı ilə tanınan videokompromatını hazırlamaqda şübhəli bilinən üç nəfəri saxlayıb. Trend-in məlumatına görə, şübhəli qismində saxlanılanlar kompromat müqabilində H.K.Ştraxedən 400 min avro tələb ediblər. Saxlanilanlardan ikisi, 39 yaşlı avstriyalı və 52 yaşlı serb, İbiza adasında çəkilən skandal video qeydində avvəlcədən tanıdığları bir qızı özünü rus oliqarxının qohumu kimi qələmə verməklə keçmiş vitse-kansler ilə tanışlıq yaratmağa təlimatlandırmaqda şübhəli bilinirlər. Bundan əlavə, prokurorluq hesab edir ki, tam videoyazı üçün onlar Avstriya rəsmisindən 400 min avro tələb ediblər. Xatırladaq ki, 2019-cu ilin may ayında Avstriyada "İbiza Qapısı" adlı daxili siyasi qalmaqal başlayıb. Alman nəşrləri "Der Spiegel" və "Suddeutsche Zeitung", Haynts-Kristian Ştraxenin və köməkçisi Yohan Gudenusun iştirakı ilə 2017-ci ilin video görüntüsünün qısa bir hissəsini paylaşıblar. Gizli kamera ilə çəkilən görüntülərdə, bir rus oliqarxının qardaşı qızı kimi danışan qadına, parlament seçkilərindən əvvəl Avstriya Azadlıq Partiyasındana (APS) maliyyə dəstəyi müqabilində Avstriyada tikinti müqavilələrində iştirak imkanının verilməsi müzakirə edilib. (adsgarden = window.adsgarden || []).push({}); Videonun yayılması Haynts-Kristian Ştraxenin 2017-ci il seçkilər nəticəsində nail olduğu Avstriyanın APS lideri və Avstriyanın vitse-kansler vəzifələrinndən istefasına səbəb olub. Özünü rus oliqarxının qohumu kimi qələmə verən qadın isə bosniyalı tələbə olduğu bilinib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin