Türkiyənin XİN rəhbəri Avropa Parlamentinin sədrini ikiüzlülükdə ittiham edib


Dünya 21 Noy 2019 00:42:37 318 0

Türkiyənin XİN rəhbəri Avropa Parlamentinin sədrini ikiüzlülükdə ittiham edib

​Türkiyənin XİN rəhbəri Avropa Parlamentinin sədrini ikiüzlülükdə qınayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin rəhbəri David Sassolinin onunla görüşdə guya Türkiyənin Suriyadakı əməliyyatını pisləməsi barədə söylədiklərini ikiüzlülük adlandırıb.

"Report" xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu barədə özünün"Twitter"dəki səhifəsində yazıb.

"Avropa Parlamenti rəhbərinin üzümə qarşı dilə gətirə bilmədiyi bəzi şeyləri gerçəklik kimi paylaşması Avropa Parlamentinin qeyri-səmimi və ikiüzlülüyünün yeni bir nümunəsidir. Avropa xalqlarını təmsi edən birinin Avropa Parlamentində baş tutan görüşün məzmununu təhrif etməsindən məyusam", - deyə Çavuşoğlu özünün "Twitter"dəki səhifəsində yazıb.