Qayğıkeş həkimin xəstəsi tez sağalır Xüsusi eksperiment


Digərləri 20 Noy 2019 23:33:00 297 0

Qayğıkeş həkimin xəstəsi tez sağalır  Xüsusi eksperiment

Amerikanın Cooper Universitetinin bir qrup alimi həkim və pasiyentlərin münasibətlərinə aid araşdırmalarının nəticələrini təqdim edib.

Son.az medicina.az-a istinadən xəbər verir ki, alimlər bildirib ki, tibb işçisi və həkimin davranışı, xəstəyə münasibəti, insani keyfiyyətləri birbaşa müalicəyə təsir edir. Sübut olunub ki, xəstəsinə qayğı, xüsusi diqqət və mərhəmətlə yanaşan həkimlərin pasiyenti müalicəyə inanır, həkimin məsuliyyətli olduğunu görüb rahat olur. 

Xüsusən cərrahi əməliyyatdan öncə və günü həkim və tibb bacılarının pasiyentə sakitləşdirici münasibəti, xoş əhval ruhiyyə yaratması sedativ effekt verir, narkoz və əməliyyatın uğurlu alınmasına təsir göstərir.

Müalicə edən həkimin xəstənin halına yanması, onu başa düşməsi və bəzi psixoloji məqamlarda dəstəyi nəinki xəstəyə, elə tibb personalının özünə də müsbət təsir edir. Onlar pasiyent tərəfindən az aqressiya ilə üzləşir, işdə çətinlikləri olmur,xəstələr tez sağalır, bütün işləri rahat gedir. 

Professor Massarelli pasiyentin özünü rahat hiss etməsi üçün müalicə həkiminə bəzi qaydaları təqdim edir: