Bakıda sərnişin avtobusu piyadanı vurub


Sosial 20 Noy 2019 23:51:07 295 0

Bakıda sərnişin avtobusu piyadanı vurub

​Bakıda sərnişin avtobusu piyadanı vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Xətai rayonu S.Ə.Şirvani küçəsində qeydə alınıb.

Belə ki, 81 saylı sərnişin avtobusu yolu keçən 1969-cu il təvəllüdlü Kamil Barasovu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.