Gec qocalmaq istəyirsizsə, yerişinizi dəyişin Sürətli, yoxsa ləng?


Digərləri 20 Noy 2019 23:57:00 330 0

Gec qocalmaq istəyirsizsə, yerişinizi dəyişin  Sürətli, yoxsa ləng?

Aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, sürətlə yerimək insan sağlamlığı üçün daha faydalıdır. Belə ki, yavaş yeriyən şəxslərdə qocalma prosesi daha sürətlə gedir. 

Son.az medicina.az-a istinadən bildirir ki, 50 iilik zamanı əhatə edən araşdırma zamanı, 1970-ci ildən bu yana 900 Yeni Zellandiyalı şəxs üzərində araşdırma aparıb.

Bu illər ərzində tədqiqat iştirakçılarının bədən funksiyaları müşahidə edilib. Araşdırma zamanı 45 yaşına gəlmiş şəxslərin gəzmək sürəti ölçülərək günlük bədən funksiyaları dəyərləndirilib. Bundan əlavə sürətli yaşlanmaya aid qan təzyiqindən diş sağlamlığına dair 19 fərqli bio işarət incələnib. Alınan nəticələr isə olduqca təəccüblü idi.