Boliviyada aksiyalarda Moralesin 3 tərəfdarı öldürülüb, onlarla yaralı var - VİDEO


Dünya 20 Noy 2019 23:43:56 336 0

Boliviyada aksiyalarda Moralesin 3 tərəfdarı öldürülüb, onlarla yaralı var - VİDEO

​Boliviyada aksiyalarda Moralesin 3 tərəfdarı öldürülüb, onlarla yaralı var

Boliviyanın təhlükəsizlik orqanları El-Alto şəhərində sabiq prezident Evo Moralesin tərəfdarlarına qarşı güc tətbiq edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, nəticədə 3 nəfər olub, daha 30 nəfər yaralanıb.

Qeyd edilir ki, hərbçilər etirazçıların barrikada qurduqları Senkata yaşayış məntəqəsində əməliyyat keçiriblər. Əməliyyatın hədəfi - paytaxt La-Pasa təbii qaz və yanacaq çatdıran tankerlərin təhlükəsiz doldurulmasının təminatı olub.

Hüquq müdafiəçiləri Boliviyanın Baş Prokurorluğunu hadisənin təhqiqatını aparmağa, insanların həlak olmasında təqsirkarların məsuliyyətə cəlb edilməsinə və hərbçilərin ictimai aksiyalara müdaxiləsini dayandırmağa çağırıblar.

Boliviyada oktyabrın 20-də baş qaldırmış qarışıqlıqlar nəticəsində ümumilikdə 27 nəfər həlak olub, azı 765 nəfər yaralanıb.

Qeyd edək ki, sabiq prezidentEvo Morales Meksikaya gedib və siyasi sığınacaq alıb.