Dünya Tualet Günündə SEÇİLƏN ÖLKƏLƏR "WiFi"LI AYAQYOLULAR...


Digərləri 20 Noy 2019 23:36:00 313 0

Dünya Tualet Günündə SEÇİLƏN ÖLKƏLƏR  "WiFi"LI AYAQYOLULAR...

Dünya Tualet Təşkilatı Çində böyük inkişaf qeydə alıb.

Son.az xəbər verir ki, təşkilatın rəhbəri Cek Sim RİA "Novosti"yə Dünya Tualet Günü münasibətilə verdiyi açıqlamasında bildirib ki, Çin son 4 ildə sanitar şərtlərdə uğura imza ataraq "tualet inqilabı"na nail olub:

"Turizm ölkənin əsas gəlir mənbəyidir. Bu baxımdan Çin daxili və xarici turistlərin ehtiyaclarının ödənməsində inkişafa nail olub. Dünya Tualet Təşkilatı Çinlə sıx əməkdaşlıq çərçivəsində bir neçə layihə reallaşdırıb. Son 4 ildə Xenan və Quansi-Çjuan əyalətində 15 məktəbdə tualet quraşdırılıb".

Qeyd edək ki, Çində tualet problemi xüsusilə qəsəbələrdə ənənəvi xarakter daşıyır. Bu isə sanitar qaydaların pozulmasına və xəstəliklərə yol açır.