Alimlər: Proton "yağışları" və geomaqnit aktivliyi birbiri ilə əlaqəlidir


Digərləri 20 Noy 2019 23:15:00 258 0

Alimlər: Proton "yağışları" və geomaqnit aktivliyi birbiri ilə əlaqəlidir

Proton "yağışlarının" atmosferdə uzun müddət müşahidə edilməsi rusiyalı alimlərdə belə qənaət doğurub ki, bu kosmik hadisə və geomaqnit aktivliyi arasında birbaşa əlaqə mövcuddur. Bu kəşf imkan verib ki, Yer kürəsinin maqnit qalxanını bu cür hissəciklər və dalğalar vasitəsilə daha dəqiq tədqiq etmək mümkün olsun.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu TASS agentliyinə Rusiya Elm Fondunun mətbuat xidmətindən "Geophysical Research Letters" jurnalında dərc edilmiş məqaləyə istinadla bildiriblər. Tədqiqatın müəlliflərindən biri olan Qütb Geofizika İnstitutunun əməkdaşı Andrey Demexov qeyd edib ki, alimlər ion-siklotron təlatümü nəticəsində yaranan elektromaqnit dalğalarının radiasiya qütblərində elektronların dinamikasında böyük rol oynadığını göstəriblər. Məlum olub ki, kosmosda baş verən bir çox hadisələr öz aralarında sız əlaqəlidir.

Veneradan başqa, Günəş sisteminin digər planetlərində, o cümlədən Yerdə kifayət qədər güclü maqnit sahəsi var. Onu bizim planetimizin nüvəsindəki maye hissədə fasiləsiz sirkulyasiya edən ərinmiş metal axını yaradır. Yer kürəsinin bu xüsusiyyəti onun səthində həyatın olması baxımından olduqca mühümdür. Məsələ bundadır ki, planetimizdə maqnit sahəsi kosmos şüalarını əks etdirir və onları tutub saxlayır, habelə Yeri Günəşin küləklərindən və güclü partlayışlarından qoruyur.

Maqnit sahəsi kosmosda van Allen adlanan qurşaqlar şəklində görünür. Orbitdə onun iki sahəsi Yer kürəsindən 6 və 58 min kilometr aralıda yerləşir. Alimlər müəyyən ediblər ki, hələ ötən əsrin ikinci yarısında bu zonada elektronlar və yüksək enerji protonları yığılıb və Yerin maqnit sahəsi onları özünə çəkib. Müəyyən şəraitlərdə, məsələn, Günəşdə partlama olduğunda bu hissəciklər qurşaqdan qaçır və proton "yağışı" kimi Yerin atmosferinə daxil olurlar. Onlar radio efirində pozulmalar yaradır və yüksək enliklərdə ecazkar qütb parıltıları kimi görünürlər. Proton "yağışları" ən çox Günəş aktivliyinin artması zamanı müşahidə olunur.