Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar (FOTO)


Digərləri 20 Noy 2019 23:02:28 307 0

Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar (FOTO)

Özbəkistan Kino Həftəsi çərçivəsində ölkəmizə səfər edən özbək nümayəndə heyəti Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının qonağı olub.

Bakı. Özbəkistan Kino Həftəsi çərçivəsində ölkəmizə səfər edən özbək nümayəndə heyəti Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının qonağı olub. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev iki ölkə arasında mədəniyyət sahəsində mövcud olan sıx əlaqələrdən və eləcə də gələcəkdə birgə əməkdaşlıq məsələlərindən danışıb. Özbəkistanlı nümayəndə heyəti də Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar və gələcəkdə baş tutacaq birgə layihələri müzakirə ediblər. (adsgarden = window.adsgarden || []).push({}); Sonda qonaqlara “Azərbaycanfilm” kinostudiyası adından xatirə hədiyyələri təqdim olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin