Pompeo Çavuşoğlu ilə müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edib


Dünya 20 Noy 2019 22:31:39 294 0

Pompeo Çavuşoğlu ilə müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edib

​Pompeo Çavuşoğlu ilə müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edib

ABŞ-ın dövlət katibi Mayk Pompeo Brüsseldə Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə görüşüb.

Bu barədə "Report" ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.

Bildirilir ki, iki dövlətin xarici siyasət idarələrinin rəhbərləri müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

"Dövlət katibiPompeo və Türkiyənin xarici işlər naziri Çavuşoğlu ikitərəfli və çoxtərəfli təhlükəsizliyə, müdafiəyə dair ABŞ və Türkiyənin ikitərəfli əlaqələrini müzakirə edib", - deyəDövlət Departamentinin xəbərində bildirilir.

Daha əvvəlABŞ-ın dövlət katibi Maykl Pompeo türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığının məzmununuaçıqlayıb.