Nəfəs ala bilmirdi Burnundan çıxana şok oldu FOTO


Digərləri 20 Noy 2019 22:40:00 371 0

Nəfəs ala bilmirdi  Burnundan çıxana şok oldu  FOTO

Türkiyədə yaşayan Utku adlı gənc rahat nəfəs ala bilmədiyi üçün sağlıq problemləri başlayıb. Ağrıları artdığı və tənəffüs problemləri ciddiləşdiyi üçün o  həkimə müraciət edib. 

Son.az medicina.az-a istinadən bildirir ki, qulaq burun boğaz həkimi ilkin olaraq Utkunu müayinə edib. 19 yaşlı gəncin  burun ətinin böyüməsi və sümük əyriliyi olduğu müəyyən olub.  Lakin burnunda yad cisim qalacağından şübhələndiyi üçün həkim onu tomoqrafiya edib. 

Tomoqrafiyanın nəticələrinə görə onun burnunda yad cisim aşkarlanıb. İlk olaraq gənc bunun qələm başlığı olduğunu düşünüb. Yad cisim orta burun əti bölgəsinə düşərək və sol gözün yanına qədər irəliləyib. 

Həkim kiçik əməliyyat vasitəsilə yad cismi çıxarıb. Məlum olub ki, bu Utkunun qırılan dişidir.