Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb


Digərləri 20 Noy 2019 21:53:30 284 0

Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb

2019-cu ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfərlərin sayı artıb

Bakı. Rufiz Hafizoğlu - 2019-cu ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfərlərin sayı artıb. Bu barədə Trend-ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər. Statistikaya əsasən, bu ilin ilk 10 ayında Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38,5 faiz artıb. İdarədən bildiriblər ki, bu dövr ərzində Azərbaycana səfər edənlərin sayı 36 nəfər olub. Ümumilikdə hesabat dövründə 16,1 min nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 19,7 faiz azdır.